Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqlə danışıqlar aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini müzakirə ediblər.
Ərdoğan bildirib ki, İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməsələr, bu ölkələrin NATO üzvlüyünə müsbət yanaşmayacaqlar.
Stoltenberq özünün “Twitter” səhifəsində yazıb ki, Ərdoğanla NATO-nun “açıq qapı” siyasətinin əhəmiyyətini və Finlandiya və İsveç tərəfindən üzvlük müraciətlərini müzakirə edib.
“Biz razılaşırıq ki, bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalı və həll yolu tapmaq üçün danışıqlar davam etdirilməlidir”, – deyə Stoltenberq bildirib.