Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir.
Bunu Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
“Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir”, – deyə dövlət başçısı əlavə edib.
İlham Əliyev Moskvaya gedir
Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyaya işgüzar səfərə gələcək Azərbaycan Prezidenti Əliyev arasında danışıqlar keçiriləcək. Elchi.az xəbər verir...