“Bu gün qardaş Türkiyə Zəfər Gününü qeyd edir. Türkiyə Azərbaycanın strateji müttəfiqi və ən yaxın tərəfdaşıdır”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov Feysbuk hesabında bildirib.
Deputat qeyd edib ki, qardaş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız dərinləşməkdədir:
“Ötən il ölkələr arasında ticarət dövriyyəsi 4.661 milyard, bu ilin ilk yarısında isə 2.903 milyard dollar olub. Növbəti 2 ildə qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatıdırlması hədəflənir.
Zəfər qazanmış hər iki ölkə ciddi iqtisadi hədəflərə malikdir. Qarşılıqlı əməkdaşlıq və dəstək həmin hədəflərin daha tez reallaşdırılmasına imkan verəcək.
Vətən müharibəsində əldə etdiyimiz Zəfərdə qardaş Türkiyənin xüsusi töhvəsi oldu. Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək olan ölkələrdəndir.
Zəfərlərimiz Əbədi Olsun!”.
Yeganə