Ərdoğan: “Yunanıstan Lozanna Sülh Müqaviləsinin şərtlərini pozur”

36

Türkiyə Lozanna Sülh Müqaviləsi imzalandığı gündən onun icrasına sadiq qaldı”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqavilənin imzalanmasının 99-cu ildönümünə həsr olunmuş müraciətində bildirib.
O qeyd edib ki, son dövrdə, türk azlığının hüquqları başda olmaqla, Yunanıstan müqavilədə yer alan şərtlərə riayət etmir və məqsədyönlü şəkildə pozur.
“Ölkəmizin mehriban qonşuluq münasibətləri və Müqaviləyə sadiqlik prinsipi ilə bir araya sığmayan bu vəziyyətlə barışması mümkün deyil. Ölkəmiz öz bölgəsində davamlı sülh və əmin-amanlığın bərqərar olması, sevimli xalqımızın hüquqlarını qorumaq üçün hər cür səy göstərmək əzmindədir”, – deyə Türkiyə lideri bildirib.