Ərdoğan “QİSAS” əməliyyatından danışdı

53

Soçidə Putinlə görüşdən qayıdan Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Elchi.az xəbər verir ki, Türkiyə prezidenti Azərbaycanın Qarabağda həyata keçirdiyi “Qisas” əməliyyatından da danışıb.
“İki gün öncə İlham qardaşımla bu məsələləri ətraflı danışdıq. Azərbaycanlı qardaşımızın şəhid olmasına səbəb olan təxribatı qınayırıq. Qarabağ Azərbaycanın beynəlxalq hüquqda tanınmış torpağıdır. Təbii olaraq, Azərbaycan öz torpaqlarında qanunsuz silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatın imzalanmasından iki il keçdi. Ermənistanın öhdəliklərini tezliklə yerinə yetirməsi lazımdır”, – Ərdoğan bildirib.