Ərdoğan Putinlə İranda görüşəcək

66

Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək.

Elchi.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, səfər iyulun 19-da planlaşdırılıb.

Peskov deyib ki, səfər çərçivəsində Putinin iranlı həmkarı İbrahim Rəisi ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Sözçü deyib ki, hələlik Rusiya-Ukrayna danışıqlarının bərpasından söhbət getmir.