Ərdoğan Putinlə danışdı

55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Elchi.az xəbər verir ki, məlumatı Kreml yayıb.

Ərdoğan Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib, siyasətçinin bütün dünya tarixindəki rolunu qeyd edib.

Bundan başqa, tərəflər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolundan danışıblar.

İki ölkə lideri bununla yanaşı, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sektorunda birgə strateji layihələrin təşviqi məsələlərini müzakirə ediblər.