Ərdoğan Putinə Zelenski ilə görüşməyi təklif edəcək

37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq və onu yenidən Ukrayna lideri Vladimir Zelenski ilə görüşə dəvət edəcək.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.

Ərdoğan və Putinin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşü planlaşdırılıb.

Qəzet qeyd edir ki, görüşün ən mühüm mövzusu Ukraynadakı müharibə olacaq.