Ərdoğan Paşinyanla RAZILIĞA GƏLDİ

73

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Ermənistanın Baş naziri Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.

Tərəflər, həmçinin Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər.