Ərdoğan İsrail baş naziri ilə görüşəcək

46

İsrailin Baş naziri Yair Lapid və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası çərçivəsində görüşə bilər.

Elchi.az xəbər verir ki, bu barədə “İsrael Tayms” məlumat yayıb.

“Türkiyə və İsrail Aralıq dənizinin şərqindəki enerji siyasəti, Fələstin və regional məsələlərlə bağlı fikir ayrılıqlarına görə yaranan ikitərəfli münasibətləri bərpa etməyə çalışır. Ötən ay iki ölkə diplomatik münasibətləri tam bərpa edib. Bu ilin payızında isə İsrail və Türkiyə hökumətləri iqtisadiyyat və ticarət əlaqələri üzrə konfrans keçirməyi planlaşdırır”, – məlumatda deyilir.