Ərdoğan Baydenə şok cavab hazırlayır – Blumberq

3

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamasından sonra bu ölkə ilə hərbi və iqtisadi sahədə əməkdaşlığı donduracaq.

Axar.az xəbər verir ki, bu iddia ilə “Blumberq” çıxış edib.

Türk liderin hökumətin iclasında bu yöndə olan cavab tədbirlərini açıqlayacağı iddia edilib.

Qeyd edək ki, Pentaqon Baydenin çıxışında “erməni soyqırımı” ifadəsi işlətməsinin Türkiyə ilə hərbi əməkdaşlığa mane olmayacağına inandığını açıqlayıb.