Ərdoğan Avropaya meydan oxudu

12

erdoganTürkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan Avropa Parlamentini sərt tənqid edib, bu təşkilatı ölkələr, millətlər arasında ayrı-seçkilik yaratmaqda və tərəf saxlamaqda günahlandırıb.

ANS PRESS-in məlumatına görə, R.T.Ərdoğan Avropa Parlamentinin Osmanlı imperiyası dövründə guya ermənilərin kütləvi qırğınını “soyqırım” kimi adlandıran qətnamə qəbul etməyə hazırlaşmasını kəskin şəkildə pisləyib.

O deyib: “Əgər belə bir sənəd qəbul edilərsə, bu sülhə yox, düşmənçiliyə yol açacaq. Biz dəfələrlə demişik ki, tarixdə baş verənlər tarixə aiddir. Bu, tarixçilərin işidir və qoy araşdırsınlar. Biz öz arxivlərimizi hər zaman açmağa hazırıq, buyursun Ermənistan da arxivlərini açsın. Türki milləti olaraq bizim alnımız həmişə açıq olub. Bu, bizə atılan iftiradır və bunu qətiyyətlə rədd edirik.”

Xatırladaq ki, Avropa Parlamentindəki əsas siyasi qrupların dəstəklədiyi qətnamədə deyilir: “Ankara qondarma soyqırımı tanımaq üçün öz arxivlərini açmalı, keçmişi ilə barışmalı və bu, Türkiyə ilə Ermənistan arasında sülhə xidmət etməlidir.”