Ən çox azarkeş “Qarabağ”ın oyununda

62

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Elchi.az xəbər verir ki, 12 matçda ümumilikdə 142 minə yaxın tamaşaçı iştirak edib.

Bakıda keçirilən “Qarabağ” -“Sürix” (İsveçrə) görüşü bu göstəricidə birinci olub. Qarşılaşmanı 30 min 782 azarkeş izləyib.

“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) oyunu ikinci (29 min 654) “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı isə üçüncü (20 min 459) olub.

Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ev oyununda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması iyulun 27-i keçiriləcək.

Xatırladaq ki, “Qarabağ”ın turnirin birinci təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə keçirdiyi hər iki oyun da ən çox tamaşaçı toplayan görüş olmuşdu.