Əmirulla Saleh Pəncşiri tərk edərək Tacikistana gedib

3
Əmirulla Saleh Pəncşiri tərk edərək Tacikistana gedib

Əfqanıstanın keçmiş vitse-prezidenti Əmirulla Saleh Pəncşir əyalətini tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə Kabildəki mənbə cümə günü TASS-a məlumat verib. Keçmiş vitse- prezidentin Tacikistana getdiyi bildirilib.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra özünü müvəqqəti prezident elan edən Saleh “Taliban”a tabe olmayan şimaldakı Pəncşir əyalətinə sığınmışdı.

Hazırda Pəncşirdə döyüşlər gedir. “Taliban” bölgəni dörd tərəfdən mühasirəyə alaraq əyalətin internetini və elektrikini kəsib.