Əliyev-Paşinyan görüşü ilə bağlı son dəqiqə açıqlaması: uzağı 10 noyabradək… -VİDEO

50

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə hazırlıq gördüyünü bildirib.

Elchi.az xəbər verir ki, bu barədə Şarl Mişel tviter hesabında paylaşım edib.
“Bu gün Brüsseldə növbəti dəfə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə görüşə hazırlaşırıq. Sabahkı dördüncü görüşün səmərəli keçəcəyinə inanırıq”, – deyə Mişel bildirib.

Qarabağdakı separatçı qüvvələrin sabiq “müdafiə naziri” Mikael Arzumanyan tutulub. Bu barədə Ermənistan mediası məlumat yayıb.

Araik Arutyunyanın “baş müşaviri” vəzifəsini icra edən Arzumanyan Qarabağdan Ermənistana gedərkən saxlanılıb.

Onun Ermənistan İstintaq Komitəsi Hərbi İdarəsinin göstərişi ilə saxlanıldığı deyilir.

“Artıq indidən erməni qeyri-qanuni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılmasına başlamaq lazımdır ki, 2022-ci il noyabrın 10-dək orada bir nəfər də silahlı erməni qalmasın”.

Bu fikirləri isə hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında yazıb.
Onun sözlərinə görə, paralel olaraq separatçı administrasiyanın bütün orqanları ləğv edilməli, fəaliyyətləri dayandırılmalı, onların rəhbərləri və funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər.

“Azərbaycan vətəndaşlığını qəbul etmək arzusunu bildirmiş Qarabağda qalan dinc erməni əhalisinin təhlükəsizliyi isə (müvafiq quraşdırma və yoxlama prosedurlarından sonra) Rusiya sülhməramlıları və Azərbaycan Daxili İşlər Nazirliyinin daxili işlər orqanları tərəfindən təmin ediləcək”, – deyə Korotçenko qeyd edib.