“Report” xəbər verir ki, Milan şəhərinin “San-Siro” stadionunda keçən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Turinlilərin qollarını Mario Mancukiç (8-ci dəqiqə) və Kriştianu Ronaldu (81) vurub. Ev sahiblərindən Qonsalo İquain 11 metrlik cərimə zərbəsindən fərqlənə bilməyib.
“Yuventus” bu qələbə sayəsində xllarının sayını 34-ə çatdırıb və turnir cədvəlinə liderliyini davam etdirir, “Milan” 21 xalla 5-cidir.
“Yuventus” bundan əvvəl ÇL-in qrup mərhələsi çərçivəsində öz meydanında İngiltərə “Mançester Yunayted”inə məğlub olub.
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
Azərbaycanın qadın şahmatçıları aprelin 19-da Yunanıstanın Rodos adasında keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcəklər. Elchi.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə...