Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən əsas işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, BakıNəqliyyat Agentliyidir.
Bundan başqa 2019-2023-cü illərdə Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətlərinin artırılması və avtobus dayanacaq məntəqələrinin ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdirilməsi, avtobus marşrutlarının, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılması nəzərdə tutulub.