Yeni Zelandiyada iki məsciddə atışma olub, 27 nəfər ölüb

2

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Stuff” portalı məlumat yayıb.

Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.

“New Zealand Herald” nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.