“Ölkənin bir nömrəli problemi ilə bağlı komitə yaradılmadı”
“Heç kimə sirr deyil ki, həmin komitə məhz Əhliman müəllimə görə yaradıldı”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
Moderator.az – a açıqlamasında gündəmin bir sıra aktual mövzuları ətrafında sualları cavablandırıb:
– Qüdrət bəy, Tunisdəki qələbəniz digər siyasi partiyalara da stimul verəcəkmi ki, onlar da beynəlxalq miqyaslı alyansların üzvlüyünə qəbul olunsunlar?
– Düşünürəm ki, Azərbaycanda hansısa bir siyasi partiyanın nüfuzlu bir beynəlxalq təşkilata üzv olması çox önəmlidir, özü də o təşkilatlara ki, onları yönəldən siyasi partiyalar öz ölkələrində hakimiyyətdədirlər, bu zaman həmin beynəlxalq əməkdaşlıq dövlətlərarası münasibətlərdə də həlledici rol oynaya bilir. Təsəvvür edin ki, həmin alyansın üzvü olan Ədalət və İnkişaf Partiyası Türkiyədə, Mühafizəkarlar Partiyası Böyük Britaniyada, Polşada Hüquq və Ədalət Partiyası iqtidar partiyalarıdır. BAXCP –nin bu günlərdə üzv olduğu alyans da elə böyük partiyaların da təmsil olunduğu bir qurumdur. Bu dəfəki toplantıda da dörd partiya bu quruma üzvlüyə qəbul edildi. Həmin alyansda Gürcüstan və Ermənistan da artıq bizdən qabaq təmsilçilik qazanmışdılar. Ermənistanın da hakim Çiçəklənən Ermənistan partiyası həmin alyansın üzvü idi. Amma Azərbaycandan kimsənin üzvlüyü yox idi. Ona görə də dostlarımızla bərabər düşmənlərimizin də olduğu bir qurumda Azərbaycanın tribuna əldə etməsi ölkəmiz üçün çox faydalıdır. Mən arzu edərdim ki, Azərbaycanın digər siyasi partiyaları da öz siyasi oriyentasiyalarına uyğun olaraq müvafiq siyasi partiyaların beynəlxalq alyansında təmsilçilik hüququ qazansınlar. Bilirsiniz ki, bizim üzv olduğumuz alyansın Avropa Parlamentində, NATO Parlament Assambelyasında, AŞ PA – da öz qrupları var və onlar həmin qurumlarda qəbul olunan qətnamə və qərarlara ciddi təsir edə bilirlər. Sözümün canı odur ki, bu tip qurumların hər birində təmsilçilik əldə etməliyik ki, əleyhimizə kampaniya aparanları əvvəlcədən müəyyənləşdirərək zərərsizləşdirək, tutaq ki, Ermənistan kimi işğalçı ölkəyə dünyanı öz yalanları ilə yedizdirməyə imkan verməyək. Mənim həmin toplantı çərçivəsində müxtəlif ölkələrdən olan parlamentarilərlə çox ciddi söhbətlərim oldu. Bir neçə gün ərzində sən həmin insanlarla, həmin nəhəng partiyalarda ən yüksək vəzifə tutan şəxslərlə ünsiyyətdə olursan və onlarla söhbətlər zamanı, bəzən hətta süfrə arxasında, kofe fasilələrində çalışırsan ki, Azərbaycan həqiqətlərini onların diqqətinə çatdırasan.
– Onlar bu söhbətlərdən öncə Azərbaycanla bağlı nə dərəcədə məlumatlı olurlar?
– Bəzi şeyləri bilirlər, bəzi məqamlarla bağlı gerçəklikləri eşidəndə səmimi olaraq heyrətlənirlər ki, onlara fərqli məlumatlar verilib.
– Bu həm də onu göstərir ki, xaricdəki səfirliklərimizin heç də hamısı yetərincə o informasiya blokadasını yara bilmirlər, bəzən səriştəsizlik sərgiləyərək mövqelərimizi ermənilərə uduzurlar.
– Hesab edirəm ki, xarici təmsilçiliklərimiz daha ciddi işləməlidirlər, səfirlərimiz həmin ölkənin bütün siyasi sisteminə, xalqına, hökumətinə Azərbaycan həqiqətlərini çatdırmaq üçün gecə-gündüz əlləşməlidirlər. Eyni zamanda Azərbaycan hakimiyyəti də maraqlı olmalıdır ki, daha çox siyasi partiya beynəlxalq səpkili qurumlarda təmsilçilik əldə edərək erməni yalanlarının ayaq tutub yeriməsini əngəlləsinlər. Hətta dövlət bu partiyalara hər cür dəstək verərək səfirliklərə də bu istiqamətdə təlimat verməlidir ki, onlar ayrı-seçkilik qoymadan Azərbaycanın haqq səsini deyən hər kəs üçün tribuna əldə etmək olsun. Hər bir azərbaycanlı çalışmalıdır ki, dünyadakı ictimai fikri Azərbaycanın xeyrinə dəyişək.
– Bayaq gərginləşən Rusiya -Türkiyə münasibətlərindən danışanda dediniz ki, edə biləcəyimiz çox az şey var. Amma türkmənlər fərqli düşünür. Onlar deyirlər ki, Azərbaycan bizə çox şeydə kömək edə bilər, amma nədənsə edilmir. Biz niyə türkmən qardaşlarımıza ən azı mənəvi dəstək verməkdən müxtəlif bəhanələrlə imtina edirik?
-Azərbaycan mətbuatı bu barədə çox yazır. Amma gəlin razılaşaq ki, dövlət olaraq bu gün Azərbaycanın özünün o qədər böyük problemi var ki, onların umduqları köməyi vermək sadəcə mümkünsüzdür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 20 faiz torpağı işğal altında, bu torpaqların işğal altında qalmasına səbəb olan dövlətin özü elə bu gün həmin türkmənləri bombalayır. Belə olan halda hansı formada türkmənlərə kömək göstərilməsindən söhbət gedə bilər?
– Ən azı orada konsulluq açaraq diplomatik ilişkiləri qaydasına sala bilərik. Onlar da sahibsiz olmadıqlarını görüb daha inamlı olarlar.
– Konsulluq açılması üçün də gərək həmin ölkələrin mərkəzi hakimiyyəti razılıq versin. Yəni həm İraqda, həm Suriyadakı mərkəzi hakimiyyət bu ölkələrdə konsulluq açılmasına razılaşsın. Türkmənlər həm Suriyada, həm İraqda çox yaşayırlar. Həmin dövlətlərdə də konsulluq açılması xeyli müşkül məsələdir. Nəzərə almalıyıq ki, Azərbaycan ayaq üstə durmağa və səfirliklərinin sayını artırmağa başlayandan həmin dövlətlər xaos və vətəndaş müharibələrinin içərisindədir. Yəni həmin ölkələrdə heç mərkəzi hökumətlər faktiki olaraq ölkəyə də nəzarət edə bilmir və kimin legitim, kimin qanusuz olduğunu ayırd etmək də çətindir. Deməyim odur ki, indiki şərtlər daxilində bizim türkmənlərə bundan artıq hansısa dəstək verilməsini mümkünsüz sayıram. Türkiyədənsə hamı umur və türkmınlərin də bu dövlətdən ummağa haqları var. Ona görə ki, Türkiyə 80 milyonluq nəhəng NATO ölkəsi, dünyanın 20 ən güclü iqtisadi gücə malik dövlətidir. Siz də gördünüz ki, Ərdoğan da türkmənlərə açıq dəstək verir. Elə Rusiya təyyarəsinin vurulması da türkmənlərin bombalanmasına Ankaranın etirazı idi. Nəzərə almaq lazımdır ki, Türkiyənin iqtidarı da son günlər Türkiyə cəmiyyətinin böyük təpkisi altında idi və xalq rusların dinc türkmənləri bombalamasına Ərdoğanı əməli surətdə cavab verməməsinə görə qınayırdı.
-Milli Məclisin ilk toplantısına jurnalistləri buraxmadılar. Deyəsən heç deputatların da söz alıb nəsə deməsinə imkan olmayıb…
-Orada çıxış etmək imkanı olmadı. Sözün doğrusu, heç ab-hava da məndə çıxış etməyə elə bir qənaət formalaşdırmadı. Hiss olunurdu ki, hər şey artıq əvvəldən həll olunub. Yəni istər komitələrin yaradılması, istər onların rəhbərlərinin kimliyi məsələsi əvvəldən planlaşdırılmışdı deyə nəsə deməyin yeri qalmırdı.
-Ən azı Qarabağla bağlı komitənin yaradılmamasına etiaz edilə bilərdi ki, mənasız və məntiqə sığmayan komitələr yaratmaqdansa Qarabağla bağlı yaradılmalıdır.
-Ən azından axı sizin özünüz parlamentdə olursunuz deyə dəfələrlə mənim bu barədə məsələ qaldırdığımı görmüsünüz. İndi deyirsiniz ki, niyə həmişə bu məsələni qaldıran adam indi susmağa üstünlük verib? Bir daha təkrar edirəm ki, yeri yox idi sözçülük xatirinə bunu növbəti dəfə deməyin. Nə gizlədim? Çox təəssüf edirəm ki, ölkənin bir nömrəli problemi ilə bağlı komitə yaradılmadı. Siz indi təsəvvür edirsinizmi, sosial siyasət komitəsinə faktiki surətdə səhiyyə də daxildir. Amma indi ayrıca bir səhiyyə komitəsi yaradılması məntiqdən uzaq bir addım idi. Heç kimə sirr deyil ki, həmin komitə məhz Əhliman müəllimə görə yaradıldı. Əhliman müəllimə nə qədər böyük hörmətim olsa da şəxsə görə komitənin yaradılmasını kökündən yanlış siyasət hesab edirəm. İnsanlara görə vəzifə yaratmazlar. Mən bu komitələrin adlarını bir-bir çəkmək istəmirəm, amma hər şey ortada. Bundan başqa büdcə və büdcəyə nəzarət üzrə komitənin yaradılması çox vacib idi. Müəyyən istisnalarla dünyanın əksər böyük ölkələrində parlamentdə büdcəyə nəzarət komitəsi var. İndi bizdə Hesablama Palatası yaradılıb və deyilir ki, bu Milli Məclisin bir orqanı kimi yoxlamalar həyata keçirir. Amma gəlin görək bu yoxlamalarda deputatların nə dərəcədə rolu var, deputat bu yoxlamalrda iştirak edirmi? Söhbət ondan gedir ki, parlamentarilərin özlərinin nəzarəti həyata keçirməsi təmin edilməlidir. Amma Hesablama Palatasında bizim iştirakımız yoxdur. Yeganə dorğu olan bir o idi ki, korrupsiyaya qarşı mübarizə müdafiə və təhlükəsizlik komitəsində yer aldı, deputatların birbaşa nəzarət etməsi şansı yarandı. Amma bu məsələ də həmin komitədən daha çox hüquq siyasəti və dövlət quruculuğu komitəsinə aid məsələ idi, mən bilmirəm bu məsələdə də hansı prinsipləri və kriteriyaları əsas götürərək belə addım atıldı.
-Yəqin korrupsiyanı artıq təhlükəsizlik qədər önəmli hesab ediblər…
-Doğrusu, mən anlaya bilmədim hansı prinsiplərə görə həmin komitəyə aid edildi. Digər tərəfdən, yəqin Oqtay Əsədovun çıxışını oxumusunuz, mətbuatda getdi. Orada çıxışında dedi ki, parlament çoxpartiyalılıq əsasında fəaliyyət göstərəcək, amma bütün parlamentin rəhbər orqanlarına ya iqtidarın təmsilçiləri seçildi, ya da bitərəflərin. Halbuki Oqtay Əsədovun çıxışında deyilməmişdi ki, parlament iqtidar və bitərəflər tərəfindən idarə olunacaq. Amma Oqtay Əsədovun çıxışından beş dəqiqə sonra biz əməldə başqa şey gördük. Yəni söhbət ondan getmir ki, burda müxalifət partiyaları var və mən bu günədək deputat olduğum dövrdə istər büdcənin müzakirəsi zamanı həmin layihənin əleyhinə səs vermişdim, hökumətin hesabatının həmişə əleyhinə səs vermişəm, deməyim odur ki, söhbət məndən və həmişə elə mənim kimi səs verən Fazil bəydən getmir. (Fazil Mustafa nəzərdə tutulur – red.) Axı bu iqtidarı birmənalı olaraq dəstəkləyən, iqtidarın müzakirəyə çıxardığı bütün qanun layihələrini iki əllə dəstəkləyən Ana Vətən Partiyası var ki, hətta prezident seçkilərində prezidentin namizədliyini dəstəkləyir. Ən azından bunlardan birinə heç olmasa komitə sədri səviyyəsində təmsilçilik versinlər, amma heç buna da imkan vermədilər. Yaxşı, iki müavin YAP-dan seçilənə qədər bir müavin seçiləydi, bir müavin də digər partiyalardan seçiləydi. Sözün doğrusu, YAP-ın vəzifələri bu cür qamarlamasını heç cür qəbul edə bilmirəm. Mən dəfələrlə söyləmişdim ki, heç olmasa ən əvvəl bu parlamentin görüntüsünü dəyişmək lazımdır, heç olmasa Rusiya səviyyəsində təmsilçilik bölgüsü aparılaydı. Təbii ki, mən birdən-birə oturuşmuş Avropa ölkəsi olacağımızı düşünmürəm, amma çoxpartiyalı sistemə malik olduğumuzu əyani olaraq göstərmək lazım idi. İndi dünyada və beynəlxalq təşkilatlarda bunu necə sübut etmək olacaq ki, bu ölkədə çoxpartiyalı sistem mövcuddur? Deməyim odur ki, görüntü bir az fərqli olmalıydı. Bir müddət öncə Rusiyadan böyük jurnalist qrupu gəlmişdi Bakıya və gəlib bizim partiyada da mənimlə görüşdülər. Özü də bu jurnalistlərin hamısının Azərbaycan iqtidarına qarşı münasibəti pozitiv idi. Buna baxmayaraq ORT-nin, NTV – nin müxbirləri sual verdilər ki, belə də seçki olar, televizoru açırıq, nəinki namizədliyini özü irəli sürmüş şəxsin, hər hansı bir partiyanın belə 30 saniyəlik reklamını da görmədik. Partiyaların debatlarındansa danışmağa dəyməz. O baxımdan söyləyirəm ki, bəzən bizə yaxın olan, bizi dəstəkləmək istəyən insanlara belə, o şansı tanımırıq ki, gedib sərhədlərimizin o tayında bizi müdafiə edə bilsinlər, əllərində arqument olsun. Ona görə də düşünürəm ki, o işləri təşkil etməli olan vəzifəli şəxslər görünür belə incə işləməyi bacarmırlar. Bunun üçün də istedadlı insanlara ehtiyac var ki, heç olmasa bu işləri görə bilsinlər, nəticələri daha səviyyəli şəkildə ortaya qoya bilsinlər.
-Son kadr dəyişikliklərində bir xətt diqqəti cəlb edir, nazirlər çıxarılır, yerlərinə təyinat edilmir, sadəcə birinci müavinlik institutuna səlahiyyət verilir…
– Görünür prezident birinci müavin təyin etdiyi şəxsləri sonradan nazir qoymaq istəyir, amma onların bu işləri bacaracağına tam əminlik olmadığına görə birinci müavin kimi təyinatdan sonra qıraqdan nəzarət edəcək, görsə ki, onlar bunu bacarırlar, ola bilsin bir müddətdən sonra elə həmin şəxsləri nazir təyin edəcək. Məntiq sadəcə bunu deyir. Görünür prezidentin başqa namizədləri də yoxdur ki, dərhal təyin etsin. Ona görə də hesab edirəm ki, həmin birinci müavinlərə bir sınaq müddəti verilib. Təbii ki, bunlar mənim sadəcə olaraq ehtimallarımdır. Amma mən düşünürəm ki, doğrudan da Azərbaycanda köklü islahatların aparılmasına çox böyük ehtiyac var. Struktur islahatları dərhal aparılmalıdır, nazirliklərin sayı kəskin şəkildə azaldılmalıdır, maksimum 11 nazirlik tam yetərlidir, qalanlarsa müvafiq nazirliklərin tərkibində struktur bölmələri kimi fəaliyyət göstərə bilər. Düşünürəm ki, dövlət aparatı kəskin surətdə ixtisar olunmalıdır. Çalışmalıyıq ki, idarəetmə xərclərini azaldaq. Dünyanın hər yerində böhranlı zamanlarda ilk növbədə idarəetmə xərcləri azaldılır. Bununla bərabər işdə qalanların maaşları ciddi şəkildə artırılmalıdır ki, neqativ yollara baş vurulmasından imtina etsinlər. Əks halda bir şəxsin evində uşağı acdırsa və o ailəsinin minimum ehtiyaclarını təmin edə bilmirsə əyri yola əl atmaqdan başqa çarəsi qalmayacaq. Prezident də parlamentin iclasında söylədi ki, islahatlar davam etdirlməlidir. Mən şəxsən bunun alternativini görmürəm.