Yalan xəbər paylaşanlar 65 yaşdan yuxarı insanlardır – Araşdırma

8

Nyu-York və Prinston Universitetləri tərəfindən aparılan araşdırma nəticəsində 65 yaşdan böyük olan sosial media istifadəçilərinin daha çox yalan xəbər paylaşdığı məlum olub.

Azadinform xəbər verir ki, Nyu-York və Prinston Universiteti amerikalı sosial media istifadəçiləri ilə bununla bağlı apardığı araşdırmanın nəticələrini yayıb.

“The Verge”nin məlumatına görə, 65 yaşdan yuxarı olan sosial media istifadəçilərinin paylaşdığı saxta xəbərlər daha çoxdur. Buna səbəb olaraq digər insanlarla müqayisədə yaşlı adamların sosial media platformalarından nisbətən az məlumatlı olmaları göstərilir. Eyni zamanda yalan xəbər paylaşımlarının digər insanlara və birbaşa seçimlərinə təsir göstərdiyi də bildirilir.