Yəhudi təşkilatının sədri erməniləri ifşa etdi

53

Rav Şmuel Simantov: “Ermənilər yəhudiləri məhv etmək istəyən Amanın nəslindəndir; yəhudi icması olaraq img1637985hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq”

 “Vaad Hatzolas Nidchei Yisroel” Beynəlxalq Humanitar Təşkilatının sədri, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ)  İdarə Heyətinin üzvü, həmçinin İsraildə fəaliyyət göstərən  Qayıdışın Üfüqi (“Keren Shel Tixiya”) təşkilatının rəhbəri Rav Şmuel Simantov Azərbaycanla bağlı maraqlı fikirlərini açıqlayıb. Həmçinin o, ermənilərə ünvanlı sərt mesajlar verib.
Ermənilərin yəhudilərə münasibətindən danışan təşkilat rəhbəri deyib: “Yəhudilərin Purin bayramı var. Purin bayramı yəhudiləri məhv etmək istəyən Amana qarşı müharibədə qələbə şərəfinə keçirilir. Tarixçilərin fikrincə, ermənilər elə həmin Amanın nəslindəndir. İsraildə erməni diasporu çox azlıq təşkil edir. Bir neçə il bundan qabaq ermənilər qondarma “soyqırımı” ilə bağlı Knessetdə qanun qəbul etdirmək istəyirdilər. Həmin zaman mən özüm 500 nəfər toplayıb etiraz təşkil etdik. Bundan başqa AZİZ-in o zamanki sədri İosif Şaqal Knessetdə kəskin şəkildə etirazını bildirdi. Orda bir neçə deputat da öz etiraz səsini qaldırdı. Bundan sonra həmin sənədi nəinki səsverməyə, heç müzakirəyə də çıxartmadılar”.
Knessetdə Xocalı soyqırımının tanınması üçün hansı addımlar atıldığına gəldikdə, o, deyib ki, məsələ AZİZ tərəfindən İsrail parlamentində gündəmə gətirilib: “Dəfələrlə Təl-Əviv şəhərində Xocalı soyqırımı ilə bağlı sərgi və iclaslar  olub. Bu tədbirlərdə yüksək səlahiyyətli İsrail rəsmiləri də iştirak ediblər. Onlar özlərinin münasibətini bildiriblər. Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Fikrimcə, bu məsələ tezliklə öz müsbət həllini tapacaq”.
Diaspor Jurnalistləri Birliyindən aldığımız məlumata görə,  qurum rəhbəri Azərbaycanda yəhudilərə olan münasibətdən razılıq edib: “Azərbaycanda 17 minə yaxın Dağ yəhudisi yaşayır. Əgər onlara pis münasibət olsaydı bu qədər sayda yəhudi Azərbaycanda yaşamazdı. Hətta bu gün bir çox iş adamları Azərbaycana gəlib iş qururlar. Həmçinin sadə yəhudilər də Azərbaycana gəlirlər. Mən özüm tez-tez Azərbaycan gəlirəm. İsraildən Azərbaycana həftədə iki dəfə təyyarə reysi var. Təyyarədə oturmağa yer tapılmır. Görürəm ki, nə qədər bura gəlmək istəyən, can atan yəhudi qardaşlarımız var. Biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq”.
Qeyd edək ki, R.Simantov Azərbaycanın Oğuz rayonunda doğulsa da, hazırda İsrail vətəndaşıdır. İsraildə Azərbaycandan gələn Dağ yəhudilərinin birliyini yaradıb, həmçinin onların ravinnidir. 7 il bundan əvvəl isə “Vaad `Hatzolas Nidchei Yisroel” USA-Azerbaijan Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin olunub. Mərkəzi Nyu-Yorkda yerləşən bu təşkilatın Azərbaycanda ilk qurucularından olub. Deyib ki, bu il 20 illiyi olacaq təşkilat nəinki Azərbaycanda humanitar işlərlə məşğul olub, həmçinin son 7 ildə Azərbaycanın səsini hər yerdə çatdırmağa çalışıb: “Təşkilatın ən böyük uğurlarından biri 907-ci düzəlişə prezident Buş tərəfindən veto qoyulmasında böyük rol oynamasıdır. Bundan əlavə də müxtəlif tədbirlərdə çalışırıq ki, Azərbaycanın adını daha da ucaldaq. Mən yeni bir təkliflərlə çıxış etmişəm. Belə ki, ABŞ-ın aparıcı media orqanlarında Azərbaycan həqiqətlərini yaymağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.