“Demokratik Cəmiyyət və Qadın Hüquqları” və “Əsgər ailələrinə dəstək” ictimai birliklərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü qeyd olundu. Azərbaycanın Dövlət himni ifa edildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
“Demokratik Cəmiyyət və Qadın Hüquqları” ictimai birliyinin sədri Mehriban xanım Abdullayeva Azərbaycan dövlətinin Xocalı soyqırımının Beynəlxalq aləm tərəfindən tanıdılması üçün həyata keçirdiyi tədbirlərdən danışdı. Milli Məclisin deputatı, Şəhid Mİlli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora xanım Qasımova, BDU-nun prefessoru, tarixçi alim Boran Əziz, “Əsgər ailələrinə dəstək”ictimai birliyinin sədri Mətanət xanım Əsgərqızı və başqaları çıxış edərək şəhid ailələrinə hörmət və ehtiramlarını bildirdilər. Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı,”Xocalı Soyqırımını tanıtma” ictimai birliyinin idarə heyətinin üzvü Xəlil Vəliyev şəhidləri anmaq məqsədilə tədbir təşkil etdikləri üçün hər iki təşkilatın rəhbərlərinə təşəkkürünü bildirdi.
Şamilə Şamilqızı,
“Ana Harayı” qəzetinin ştatdankənar müxbiri