XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır

88

“Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir və bu bir daha göstərir ki, Emənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqesi qeyri-ciddidir, ziddiyyətli xarakter daşıyır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın üç əsgərinin öldürülməsi barədə dediklərini “Report”a şərh edərkən Azərbaycan XİN-nin Mətbuat Xidmətindən bildiriblər.

“Bizim Müdafiə Nazirliyimiz də artıq bu dezinformasiyanı təkzib edib. Ermənistan bununla vəziyyətin gərginləşməsinə və danışıq prosesinin pozulmasına cəhd göstərir. ATƏT-in Minsk Qrpunun həmsədrlər ölkələri də bunu nəzərər almalıdırlar ki, Ermənistanın bu cür siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır”.