“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” televiziyasına müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı D.Tramp arasında telefon danışqları olur: “Qarşılıqlı səfərlərə gəlincə, Donald Tramp Türkiyəyə səfər etmək istədiyini bildirib. Bununla bağlı ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki dövlət arasında yanlış anlaşılmaların aradan qaldırılması və müsbət şəraitin yaradılması baxımından belə ziyarətlərin əhəmiyyətli olduğunu düşünürük”.
Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər
Yapon klimatoloqları müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri altında Sibir və Uzaq Şərqin cənub rayonlarında meşə yanğınlarının artması Avrasiyanın şimalında...