Fransa Universitetlərndə xarici tələbələrin ödəniş haqqlarının bu ilin sentyabr ayından artırılmasını nəzərdə tutan qərara dəyişikliklər ediləcək.
Elchi.az report-a istinadən xəbər verir ki, 5 müstəqil ekspertin hazırladığı hesabatda bu yeni qərara bir sıra dəyişiklilərin edilməsi təklif olunur.
Belə ki, keçən ilin noyabr ayında Fransa Universitetlərində bakalavrda təhsil alan xarici tələbələrin (Avropa İttifaqından kənarda) illik ödəniş haqqının 170 avrodan 2770 avroya, magistraturada təhsil alan xarici tələbələrin ödənişinin 243 avrodan 3770 avro və doktorantların illik ödənişlərinin 380 avrodan 3770 avroya qədər artırıması haqqında qərar qəbul edilib ki, bu yeni rüsumlar 2019-cu ilin yeni dərs ilindən tətbiq edilməlidir. Lakin Fransanın 72 təhsil ocağından 17-si bu yeni rüsumları tətbiq etməkdən imtina edib. Universitetlərdə baş qaldıran çoxsaylı etirazları nəzərə alaraq Fransa Təhsil Nazirliyi 5 müstəqil ekspertə yeni qərar ilə bağlı öz tövsiyyələrini hazırlamağı həvalə edib. Eksplərlərin hazırladığı hesabatda xarici tələbələri bu yeni rüsumun müəyyən hissəsini ödəməkdən azad edə bilmələri üçün universitetlərə səlahiyyətlərin verilməsi tövsiyə olunur. Hesabatda, həmçinin, doktoranturada təhsil alan xarici tələbələrin ödəniş haqlarının artırılmaması da tövsiyyə olunur. Bildirilir ki, Fransada elmi iş yazan xarici doktorantlar Fransa elminə töhfə verirlər və onların üzünə ölkənin təhsil ocaqlarının qapılarını açmaq ölkə üçün böyük əhəmiyyət kəsb edir.