Elchi.azın əldə etdiyi məlumata görə, internetdə yayılan videodakı şəxs Elmar Vəliyevin özüdür. Görüntülər bir neçə gün əvvəl lentə alınıb. İcra başçısının müalicəsi artıq başa çatıb və hazırda reabilitasiya mərhələsindədir.
Yaxınlarının saytımıza bildirdiyinə görə, E.Vəliyev qısa müddətdə işə qayıdacaq.
Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.
Elmar Vəliyevin yeni görüntülərini ilk olaraq Müsavat.com saytı yayıb.