Vaqif Bayatlının səhhəti pisləşdi

18

“Son bir-iki ayda özümü çox pis hiss edirəm. İndi də yaxşı deyiləm. O qədər pis idim ki, az qala beynimə qan sızacaqdı”.

Bunu Modern.az saytına açıqlamasında uzun müddətdir ki, səhhətilə bağlı problem yaşayan  tanınmış şair Vaqif Bayatlı Odər bildirib. Onun sözlərinə görə səhhətində yaranmış ciddi problem səbəbindən uzun müddətdir ki, çapa vermək istədiyi “Bəy atlı şeirlər” adlı kitabını da tamamlaya bilmir.

“Kitab da elə ona görə gecikir. Son bir-iki ayda başıma o qədər iş gəldi ki! Demək olar ki, hazırdı. Amma səhhətimlə əlaqədar təhvil verə bilmirəm”.