Dağıstanın Qimrı rayonunda kütləvi yoxlamalara başlanılıb.
Kavkazcenter.com saytı xəbər verir ki, hazırda rayonda yoxlamanı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları aparırlar.
Sayt rayonda mücahidlərlə əlaqəli şəxslərin axtarıldığını bildirir. Hazırda kəndin tam blokadaya salındığı və heç kimin Qimrıya buraxılmadığı söylənilir.