Filippində ötən ay 70 nəfər qızılcadan dünyasını dəyişib.
Elchi.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti uşaqlardır. Ölkədə ümumilikdə 4302 qızılcaya yoluxma halı qeydə alınıb.
Epidemiya yerli sakinlərdə peyvəndlənməyə qarşı mənfi münasibət formalaşdırıb.Belə ki, əhalinin yalnız 55 faizi peyvənd vurdurmağa razı olub.
Ümumdünya Səhiyyə Təşkilatının 2016-cı il hesabatında bildirilir ki, dünyada qızılcaya yoluxma halı 30 faiz artıb.