Un kisəsindən heyvan sümüyünün çıxması ilə bağlı araşdırma aparılır

2

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyünün çıxması ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd olunub ki, araşdırmalar başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.