Ukraynada qazın qiyməti artırılacaq

69

 Ukrayna hökuməti əhaliyə satılan təbii qazın qiymətinin tədricən artırılması ilə bağlı Beynəlxalq Valyuta Fondu (IMF) ilə razılıq əldə edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Neftoqaz Ukrayna” şirkətinin İdarə Heyətinin sədri Andrey Kobolev bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə obyektidir.

Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın sosial siyasət naziri Andrey Reva bəyan edib ki, hökumət IMF qarşısında üzərinə götürdüyü öhdəliklərdən 15-ni yerinə yetirməyib. Onlardan biri də “mavi yanacağ”ın bahalaşdırılmasıdır.

Ukraynanın baş naziri Vladimir Qroysman isə bəyan etmişdi ki, əgər qazın qiyməti artırılmasa, ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər. Onun fikrincə, Ukrayna üçün borc böhranı fonunda deloltdan qaçmaq üçün IMF ilə gələcək əməkdaşlıq vacibdir.