Ukraynanın könüllü Donbas batalyonu və ordu qüvvələri İlovaysk şəhərinin üçdə ikisinə nəzarət edir.
Axar.az Korrespondent-ə istinadən xəbər verir ki, bu barədə batalyonun rəsmi Feysbuk səhifəsində məlumat verilib.
“Şəhərin üçdə ikisi bizim əlimizdədir. “Azov” və “Dnepr” batalyonları şəhərdən çıxarılsalar da, separatçıların şimal tərəfdən əks-hücumlarının qarşısı alınır. İki saatlıq döyüş zamanı separatçıların iki tankı məhv edilib, ikisi təslim olub, ikisi də geri çəkilib”, – məlumatda bildirilib.
Eyni zamanda qeyd olunub ki, İlovaysk ətrafında “Donbas” döyüşçüləri 22 separatçını məhv ediblər. Onlardan ikisi çeçen, ikisi isə serb əsilli Slovakiya vətəndaşı olub.