Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı, general Yaşar Gürel Azərbaycana səfər edib.
Elchi.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Y.Gürel Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
Türkiyəli general Azərbaycanda daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslərlə görüşəcək.
Elchi.az