Türkiyənin Təbii Fəlakətlərdən Sığorta Agentliyindən verilən məlumata görə ölkədəki binaların 51 faizi zəlzələyə qarşı sığortalanıb.
Elchi.az AZƏRTAC-a istinadən bildirir ki, məlumata görə İstanbulda bu göstərici 60 faiz təşkil edir.
Qeyd edək ki, 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələ zamanı ölkədə təxminən 500 min sığortalı ev var idi. Hazırda isə bu rəqəm 9 milyondan çoxdur.