Rusiyanın Dövlət Müdafiə Sənayesi şirkəti “Rostek”in İcraçı direktoru Sergey Çemezov Türkiyə ilə birgə həyata keçirilən S-400 hava müdafiə sistemləri layihəsindən və digər birgə layihələrdən danışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çemezov S-400 sistemi ilə bağlı birgə layihənin texniki danışıqlarının sona çatdığını bildirib. O, hazırda S-400-lərin maliyyələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.
“Rostek”in icraçı direktoru Rusiya ilə Türkiyə arasında 5-ci nəsil döyüş təyyarəsi istehsalının da müzakirə edildiyinə diqqət çəkib və bu barədə Türkiyənin lazımi infrastruktura malik olduğunu vurğulayıb.