Türkiyə bir neçə dəqiqə öncə qırıcılarını Şimali İraqa göndərib.
Axar.az xəbər verir ki, Hakkari vilayətindən keçən çox sayda qırıcı PKK-nın Şimali İraqda yerləşən Zap, Avaşin və Hakruk düşərgələri istiqamətində hərəkət edib.
Düşərgələrin bombalanması barədə hələlik heç bir məlumat verilməyib.
Həmçinin Hakkaridən havaya qalxan bir neçə vertolyot hazırda Kato dağı ətrafında hərəkət edir.
– See more at: http://axar.az/news/65480#sthash.oJ0TPm6g.X4hyWRBy.dpuf