Türkiyədə minimum əmək haqqı 26% artırılıb

41

Türkiyədə 2019-cu ildə minimum əmək haqqı 20,06% artaraq 2 020 lirə (646,8 manat) təşkil edəcək.

“Report” Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Minimum əmək haqqının artması ilə ən aşağı işsizlik maaşı 805 lirədən 1 015 lirəyə, ən yüksək işsizlik maaşı isə 1 611 lirədən 2 030 lirəyə qalxacaq.