Türkiyə xüsusi xidmətləri MOSSAD və SİA-nı mat qoyub

59
“Türkiyə  MİT-inin  49  diplomatı İŞİD-dən geri alması MOSSAD və SİA-nı dəli edib”.img1639036
Avropa.info xəbər verir ki, belə bir sensasion bəyanatla  taixçi yazar  İsmayıl Nacar  çıxış edib. MİT-in , rəhbəri  Hakan Fidanla böyük bir uğura  imza atdığını deyən Nacar  İsrailin xüsusi  xidmət orqanı MOSSAD-ın və ABŞ xüsusi  xidmət orqanı olan SİA-nın rahatsız olduğunu  dilə gətirib.
“Milli İstihbarat  Təşkilatı  (MİT)  Hakan Fidana qədərki dönəmdə, daxili  və xarici məsələlərlə bağlı bilgilərini   SİA və MOSSAD-la paylaşırdı. Belə olunca da,  məsələnin  çözülməsi və ya çözülməməsi  SİA və MOSSAD-a görə şəkillənirdi. Hakan Fidanın MİT  rəhbəri keçməsindən sonra isə, xüsusi xidmətlərimiz  SİA və MOSSAD kimi xarici  təşkilatlarla  bilgilərini paylaşmır. İŞİD-in əlindəki diplomatlar məsələsində də, MİT  müstəqil olaraq  əməliyyat həyata keçirdi və nəticəsi də göz önündədir.  Bu durum  İsraili dəli etdi. Bu əməliyyatdan ən rahatsız olan  İsrail və ABŞ-dır. MİT  öz imkanları ilə, İŞİD-lə ustalıqla danışıqlar nəticəsində bu uğura imza atdı. İndi  daxili  və xarici qüvvələrin niyə Hakan Fidanı hədəfə almalarının səbəbi də bəlli oldu”.