Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib

0

Milli Məclisin (MM) inzibati binasına tibbi maskadan istifadə etməyən şəxslər buraxılmır.

“Report” xəbər verir ki, bu gündən MM-in inzibati binasına daxil olan şəxslərdən tibbi maska taxmaq tələb olunur.

Belə ki, Milli Məclisin əməkdaşlarının, deputatların və jurnalistlərin tibbi maska taxmadan binada hərəkəti qadağan edilib.