Yaxın Şərq və Afrikada silahlı terrorçu qruplaşmaların Avropaya qədər gedib çıxmaq şansları var.
Axar.az xəbər verir ki, bunu Misir prezidenti Abdül Fəttah Sisi deyib.
Misir prezidenti ekstremizm meyllərinin təkcə Yaxın Şərqdə deyil, həm də Qara qitə də genişlənəcəyi xəbərdarlığını edib.
“Bütün bunlar istər-istəməz Avropaya da gedib çıxacaq, xüsusilə Aralıq dənizi sahili ölkələrinə. Buna görə də, terrorun qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin strategiyası çərçivəsində razılaşdırılmış şəkildə hərəkət etmək lazımdır”, – Sisi bildirib.