Yazı-pozunu bilmədən fərqli bir sivilizasiya dəyərləri ilə ilk teatrlla tanışdıq.19-cu yüz ilin sonlarında yazı tanımadan teatr tanıdıq, oxumaq bilmədən teatr gördük.
Teatr həyatımıza siyasi propaqanda parçası olaraq girdi.
Teatrı yaradanların teatrı faciə ilə başlamışdı, biz isə onu komediya ilə tanıdıq.
Danabaş kəndindən qurtulmaq istəyimiz Kefli İsgəndəri qəhrəman etdi.
Çadradan qurtulmaq cəhdi Sevil yaratdı.
Qacarı qan içən edən Vaqif şer yaddaşımız oldu.
Komediya ilə başlayan teatr zaman gəldi ki, özü komediyaya çevrildi.
Bu gün əsil komediya artıq teatrların içində baş verir.
Aristotel “Poetika”sında yalnız faciə janrının dramaturji qanunlarını öyrədir. Komediya isə janr olaraq özü təməl atdı. Öz təməli ilə inkişaf edən komediya hər cəmiyyətdə bir şəkil aldı.
Bu gün teatrlarımzda yaşanan komediya bizim faciəmizdir.
Bu faciə janr olaraq Aristotelin yazdığı faciə poetİkasından tamamilə fərqlənir.
Qəza qədər olandan sonra fürsət şans olar.
Fürsətdir, deyibən komediyanı bitirib, faciəyə dönən teatrallığımız mübarək.