APA-nın Gürcüstan bürosunun məlumatına görə, gecə saatlarında Tbilisi meri Kaxa Kaladze və maşinistlər arasında keçirilmiş görüş nəticəsiz yekunlaşıb.
Maşinistlər bildiriblər ki, şəhər meriyasının rəhbərliyi onların əmək haqlarının artırılması ilə bağlı müzakirələrə 2019-cu ildə başlamağı təklif edib və bu, onlar üçün qəbuledilməzdir.
Metro işçilərinin tətili Qldani deposunda davam edir. Onlardan bəziləri aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Tbilisi metropoliteninin maşinistləri əmək haqlarının 45% artırılmasını tələb edirlər. Metropolitenin 22 stansiyasının hamısı bağlıdır. Tətillə əlaqədar ictimai avtobuslar sərnişinlərə ötən gündən ödənişsiz xidmət göstərir.
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib....