Sosial şəbəkələrdə Krım Tatar Milli Məclisinin binasına silahlı basqınla bağlı video-görüntü paylaşılıb.
15minut.org saytının verdiyi xəbərə görə, insindent sentyabrın 15-də gecə saatlarında baş verib.
Qeyd edilib ki, üç nəfər silahlı şəxsin əsas hədəfi parlament binasının dam örtüyündən Ukrayna milli bayrağını endirmək olub. Maskalı təxribatçılardan ikisi hadisələri binanın yan pəncərəsinin önündə nəzarətdə saxlayıb, üçüncü şəxs isə qaz xətti vasitəsi ilə dam örtüyünə qalxaraq bayrağı yerə atıb. Maraqlıdır ki, onların bu cür hərəkətlərinə qarşı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən hər hansı müqavimət göstərilməyib.
Xatırladaq ki, hazırda KTMM ən ağır günlərini yaşayır. Krım tatarlarının əksər liderləri kimi, Məclis sədri Refat Çubaraovun da yarımadaya girişinə Moskva 5 illik qadağa qoyub.