Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Tacikistan prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycana rəsmi səfər edəcək.

Elchi.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Radio Ozodi” Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verib.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.

Tacikistan prezidentinin Azərbaycanın baş naziri və parlament sədri ilə görüşlər keçirəcəyi də gözlənilir.

Qeyd edək ki, Tacikistan və Azərbaycan arasında hüquqi bazaya ticarət, iqtisadiyyat, bank, vergi, mədəniyyət və investisiya sahələrində 30-dan çox əməkdaşlıq sazişi daxildir.

Bənzər yazılar

Next Post

Son xəbərlər