“Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarına dair nəticələrə nəzər yetirdim. Göstəricilərin aşağı olmasına mən də üzüldüm”.
Aim.az – xəbər verir ki, bu barədə millət vəkli Siyavuş Novruzov öz “Facebook” profilində yazıb. Parlamentari bununla əlaqədar bir neçə məsələni açıq və səmimi formada danışmaq istədiyini də dilə gətirib:
“Abituriyentləri belə aşağı nəticələr göstərməsində ancaq və ancaq Təhsil Nazirliyi, dövlətin ayrı-ayrı orqanlarını ittiham eləmək onları gözdən salmaq nə dərəcədə düzgündü?
Əlbəttə, burda onları tam məsuliyyətdən kənarda saxlamaq olmaz. Ümumi qənaətimə görə hələ təhsil naziri hörmətli Mikayil müəllim özünü təsdiqləyə bilməyib, təhsil strukturlarında yer alan xaosu ram edə bilmir.
Amma, razılaşın ki, dövlətimiz vətəndaşın normal təhsili üçün lazım olandan da artığını edib. Yeni məktəb binaları, pulsuz dərsliklər, məktəblərin kompüterləşməsi, məcburi köçkünlər üçün ödənişdən azad təhsil, xaricdə təhsil almaq üçün dövlət proqramı və s.
Bütün bunlar niyə vətəndaşlarımıza stimul vermir, başa düşmürəm.
Hansı uşağın əlin qolun bağlayıb deyirlər ki, dərsini oxumasın?
Yəqin sizin 19-cu əsrin sonlarında “rus tatar” məktəbində təhsil alan xalqımızın nümayəndələrindən xəbəriniz var. Onları o məktəbdə ermənilər, ruslar daim təhqir edib, döyüb söyüblər. Lakin bu, o adamların təhsilə ürəkdən bağlanmasına mane ola bilməyib. Biz həmin xalqın nümayəndələri deyilik?”
Aim.az