“Levon Ayrapetyanın həbsi Rusiyaya qarşı yeni “Maqnistski işi”nin yaranması ilə nəticələnəcək”. Bu açıqlama ilə erməni generalı Arkadi Ter Tadevosyan çıxış edib. O, Ayrapetyanın səhhətinin yerində olmadığını bildirib: “Mən yenə də Ayrapetyanın Azərbaycanla Rusiyanın işbirliyi nəticəsində tutulduğunun üstündə dayanıram. Ayrapetyanın vəziyyəti uzunmüddətli həbs üçün yaxşı deyil. O buna dözməyəcək. Rusiya onu azad etməsə, “Maqnistski işi” ikinci hissəsi ilə üzləşəcək”. Qeyd edək ki, Arkadi Ter-Tadevosyan Şuşanın ermənilər tərəfindən işğalına rəhbərlik edib./axar/
AQEM-ə sədrlik Azərbaycana keçdi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik Azərbaycana keçib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezident...