Sumqayıtda qadının qətli ilə bağlı cinayət işi başlanıb

5

Sumqayıt şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən Mərkəzi Bazarda Abdullayev Seymur Zərablı oğlunun şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mayın 3-də baş vermiş hadisə ilə bağlı ilk olaraq CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. G.Əmənovanın mayın 14-də aldığı xəsarətlər nəticəsində vəfat etməsi səbəbindən iş Cinayət Məcəllədinin 120.1-ci maddəsinə tövsif olunub.