Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb

33
 Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb.

“Report” xəbər verir ki, bu gün səhər saat 08:00-da Sumqayıt Dəmiryolu Stansiyasından çıxmalı olan qatarda texniki nasazlıq yaranıb.
Texniki nasazlıq səbəbindən bu qatarın hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib.
08:48-də sərnişinlər başqa qatarla Bakıda yola salınıb.