Sudanda ordu hərbi çevriliş edib.
“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.
Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.
Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.
***
Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub.
“Report” xəbər verir ki, bu məlumatı Türkiyənin “NTV” telekanalı yayıb.
Yaxın saatlarda Sudan dövlət televiziyasının və ordunun açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir.