Prezident telefon zənglərinə cavab verməyən səfiri və səfirlik işçilərini işdən qovdu.
Elchi.az-ın Trend–ə istinadən məlumatına görə, buna səbəb səfirin onun telefon zənglərinə cavab verməməsi olub. Maytripala Sirisena səfirliyin Vyanadakı ofisinə saatlarla zəng etsə də, dəstəyi götürən olmayıb.
Bu hadisədən sonra o, səfirlə birlikdə 6 işçini vəzifəsindən kənarlaşdırıb. Prezident bunun digər səfirliklərə “dərs olacağı”na ümid etdiyini deyib.